Putindən barışıq mesajı

media-hightechnic-468x90

putin esas 216Suriya hökuməti ilə bəzi müxalifət qüvvələr arasında Moskvada danışıqlar aparılıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bildirilib ki, rəsmi Moskvanın təşəbbüsü ilə baş tutan danışıqlar uğursuzluqla başa çatıb.

Rusiya nümayəndəsi Vitali Naumkin deyib ki, danışıqlarda iştirak edən dövlət və müxalifət nümayəndələri yalnız bir-birlərini kəskin ittiham edib, heç bir razılığa gələ bilməyiblər. Onlar bir-birlərinə etibar etmədiyindən son sənədi imzalamaqdan boyun qaçırıblar.

Ekspertlərin fikrincə, Rusiya bu danışıqları təşkil etməklə Ukrayna ilə bağlı apardığı siyasətdə itirdiyi nüfuzu bərpa etməyə cəhd göstərir. Elə bu səbəbdən də Suriyadakı qərbyönümlü müxalifət qüvvələri Rusiyaya inanmadığına görə danışıqlara qatılmayıblar. Çünki Rusiya Suriya prezidenti Bəşər Əsəd hökumətini dəstəkləyir.

Xatırladaq ki, Suriya münaqişəsinin başladığı 4 il ərzində 222 mindən çox insan ölüb, 4 milyona yaxın suriyalı qaçqın düşüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600