!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putindən komanda DƏYİŞİKLİYİ: Kreml uzunmüddətli müharibəyə hazırlaşır

!Reklam – Yazi

“Andrey Belousovun təyinatı onu göstərir ki, Kreml müharibəni uzunmüddətli görür və ona hazırlaşır. XIN rəhbəri Sergey Lavrov isə “qlobal Şimal və Qərblə” əsas koordinasiya üçün saxlanılır.

Yenicag.az xəbər verir ki, bu barədə “General SVR” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, eyni zamanda, ABŞ-la əsas dialoq kanalı olan Sergey Narışkin, Beynəlxalq Valyuta Fondu ilə əsas dialoq kanalı olan maliyyə naziri Anton Siluanov və OPEC ilə əlaqəni təmin edən Aleksandr Novak kimi bütün əsas fiqurlar Vladimir Putin tərəfindən vəzifələrində saxlanıldı.

“Nikolay Patruşev hər kəs üçün gözlənilməz idi və Putinin nə planladığını heç kim bilmir. Çünki Patruşev dövründə Təhlükəsizlik Şurası həqiqətən də çox güclü idi. İndi Lloyd Oustinlə əlaqəni Andrey Belousov, Ceyk Sallivanla koordinasiyanı isə Sergey Şoyqu həyata keçirməlidir”, – deyə məlumatda qeyd edilib.

Kanal həmçinin əlavə edib ki, S. Şoyqunun Təhlükəsizlik Şurasına keçidi o anlama gəlir ki, Şoyqu öz komandasından uzaqlaşdırılır, o artıq yad komanda ilə çalışacaq, və o, daima diqqətdə, nəzarətdə olacaq ki, bu da Şoyqunun özü və komandası üçün çox pis xəbərdir.

“Əgər Andrey Beluosovun müavini olaraq Aleksey Dumin təyin edilərsə, bu, o anlama gələcək ki, Andrey Removiç bu vəzifədə müvəqqətidir və əsas missiya Dumini bu vəzifəyə hazırlamaqdır. Yox, əgər belə olmayacaqsa, onda Putin hərbi strukturu qısa zamanda iqtisadi motivli etmək və orada ciddi təmizləmə aparmaq niyyətindədir. İstənilən halda, baş verən dəyişikliklər Rusiya siyasəti çox ciddi dəyişiklikdir”, məlumatda deyilir.

Araşdırmaçı jurnalist Kamil Qaleyev isə hesab edir ki, Putinizmi müzakirə edərkən onun kleptokratik elementinə çox diqqət yetirilir:
“Həqiqətən də o mövcuddur, amma sistem işləyirsə, o, sırf kleptokratik ola bilməz. Ağıllı, bacarıqlı və vicdanlı texnokratiya onun sayəsində işləyir. O çox güclüdür və problem də məhz budur”.

Onun sözlərinə görə, “Putinin siyasi sistemi çox ağıllı, bacarıqlı, soyuqqanlı maliyyə və iqtisadi komanda sahəsində ayaqdadır”.

“Ümumiyyətlə, Rusiya maliyyə və iqtisadi sistemi çox meritokratikdir və burada bacarıqlara önəm verirlər. Beluosovun yeni müdafiə naziri təyin olunması Kreml baxımından məntiqlidir. Çünki Kreml üçün müharibə, ilk növbədə, sənaye və iqtisadiyyatla bağlıdır. İndi Belousov Rusiya hökumətinin mərkəzi iqtisadi və sənaye mütəfəkkiridir, eləcə də o, planlaşdırıcı şəxs obrazı daşıyır”, – deyə şərh edilib.

Rafi Müslümov

COP29

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv