Rusiya hakimiyyətinə qarşı loyal mövqe tutan siyasi partiya maddi problemlə üzləşib.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Rusiyanın hakimiyyətyönlü “Ədalətli Rusiya” partiyası öz ştatlı əməkdaşlarının maaşlarını ödəyə bilmir.
Təşkilatda maliyyə problemlərinin yarandığını partiyanın sədri Sergey Mironov da təsdiqləyib. Eyni zamanda, Rusiyanın “Kommersant” nəşri də “yeni eser”lərin pulsuz qalması haqda material dərc edib.
Mironov partiyada maliyyə problemlərinin olduğunu etiraf etsə də, bunu “müvəqqəti hal” kimi qiymətləndirib: “Belə çətinliklər hərdən olur, faciəvi heç nə yoxdur”.
Partiya sədri bildirib ki, hazırda maliyyə çətinliklərinin yaranmasının əsas səbəblərindən biri “Ədalətli Rusiya”nın bu ilin martında keçirilmiş prezident seçkilərində iştirak etməməsidir:
“Ədalətsizlik bundadır ki, biz ötən seçkilərdə prezidenti dəstəkləsək də, əvəzində heç nə almadıq.
Kommunistlər namizəd irəli sürdülər və az qala 1 milyard pul aldılar. O cümlədən, seçkiyə qatılan Jirinovski də 600 milyon rubl əldə etdi. Biz isə kənarda qaldıq”.
www.yenicag.az