“ABŞ-nin kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması Ukraynaya ciddi zərbə vurub”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin niyə sülh prosesini uzatmaq istəməsi barədə təhlil aparan “The Moscow Times” nəşri yazıb.
Təhlil məqaləsində bildirilib ki, amerikalı analitiklər müsahibələrdə Putinin hazırda Ukraynada üstünlük qazanaraq müharibənin dayandırılması ilə bağlı danışıqları mümkün qədər uzatmağa çalışacağını vurğulayırlar.
“Putin ərazilərini daha da genişləndirmək və Ukrayna üzərində daha böyük siyasi nəzarət əldə etmək məqsədini güdür. ABŞ-nin keçmiş səfiri Con Herbst Putinin məqsədinin Ukrayna üzərində tam nəzarəti ələ keçirmək olduğunu və bunun qarşısının alınmasının Amerikanın maraqları üçün vacib olduğunu qeyd edib.
Putinin bu strategiyası həm də ABŞ və Rusiya arasında gərginlik yaratmaq məqsədi güdür. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin mütəxəssisi Mariya Sneqovaya Putinin istənilən atəşkəs təklifinin yalnız müharibəni dondurmaq məqsədi daşıdığını və müharibənin bitməyəcəyini vurğulayıb. O, Moskvanın hazırda Kiyevdən daha güclü mövqedə olduğunu və Ukrayna üzərində ərazi qazanmağa davam etdiyini bildirib. Eyni zamanda, ABŞ-nin kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması Ukraynaya ciddi zərbə vurub.
Putinin Ukraynadakı müharibə ilə bağlı taktikalarda manipulyasiya bacarığı, ona həm də ABŞ Prezidenti Donald Trampla münasibətində üstünlük təmin edir. Putinin Trampla olan telefon danışığında ABŞ Prezidenti öz xeyrinə manipulyasiya etməyə çalışdı. Lakin Putin Trampın təklif etdiyi atəşkəs müqaviləsini öz məqsədlərinə uyğun olaraq qəbul etməyə çalışacaq”, – deyə məqalədə bildirilib.
Nəsimi Ələsgərli
www.yenicag.az