!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin nüvə təhdidi dünya maliyyə bazarını “silkələdi”: Dollar tarixi rekordu yenilədi

!Reklam – Yazi

Rusiya prezidentinin nüvə silahından istifadə ilə bağlı təhdidi qlobal maliyyə bazarına ciddi təsir göstərib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin son çıxışı dünyanın bir sıra əsas valyutalarının dəyər itirməsinə səbəb olub.

Bu barədə material Böyük Britaniyanın “Funancial Times” nəşrində dərc edilib.

Materiala əsasən, Putinin son təhdidindən sonra ABŞ dolları 9,6 faiz dəyər qazanaraq son 20 ilin ən yüksək göstəricisinə çatıb.

Bu fonda Böyük Britaniya funt sterlinqi dollara nisbətdə 0,3 faiz, avro isə 0,7 faiz ucuzlaşıb.

Maraqlıdır ki, funt və avrodan fərqli olaraq, Yaponiya yeni dollara nisbətdə 0,3 faiz bahalaşıb. Ekspertlər bunu daxili investorların maliyyə təlatümləri zamanı xaricdəki vəsaitlərini ölkəyə qaytarmaları ilə əlaqələndirirlər.

www.yenicag.az

407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv