“Qaçqın” statusu verilməsi haqqında qaydaya dəyişiklik edildi 

media-hightechnic-468x90

İlham Əliyev “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Yeniçağ.az Azərtac-a istinadən xəbər verir ki, fərmanda deyilir:

Şəxsə qaçqın vəsiqəsi verilərkən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, eyni zamanda, həmin şəxsi yaşayış yeri üzrə qeydiyyata alır. Bu məqsədlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə ilə müəyyən olunmuş sənədləri tələb edir. Yaşayış yeri olmayan qaçqın statusu almış şəxslər yaşayış yeri əldə edənədək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərinin yerləşdiyi yer üzrə qeydiyyata alınırlar.”.

Yeniçağ.az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600