Qadağalar ləğv edildi, danimarkalılar COVID-ə meydan oxudu – FOTO

Danimarkada COVID-19-la bağlı qadağaların ləğv edilməsindən sonra 50 min nəfərlik konsert verilib.

Yenicag.az xəbər verir ki, Danimarkada sentyabrın 10-da bütün koronavirus qadağaları ləğv edilib.

Qadağaların ləğv edilməsi ölkədə muisiqi sektorunu yenidən dirçəlib.

Belə ki, “The Mindsof 99” musiqi qrupunun təxirə salınmış konsert proqramı baş tutub. 50 min nəfərin iştirak etdiyi konsertdə koronavirusla bağlı heç bir önləm alınmayıb.

Qeyd edək ki, sözügedən konsert pandemiyaya görə təxirə salınmışdı.