Qadın intihara cəhd etdi

media-hightechnic-468x90

6d2302fd34f2f352a966bf74e2f73e2aZaqatalada 40 yaşlı qadın intihara cəhd edib.

Yenicag apa-ya istinadən bildirir ki, Zaqatala şəhəri, Azərbaycan prospekti, 39 ünvanında yaşayan, 1975-ci il təvəllüdlü Gülcənnət İsmayıl qızı Bubuşova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 40 yaşlı Gülcənnət Bubuşova intihar etmək məqsədi ilə 20-yə yaxın müxtəlif dərman qəbul edərək zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Gülcənnət Bubuşovaya lazımi tibbi yardım göstərilib, hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa