Qadın özünü bıçaqlayaraq öldürüb
Gəncə şəhərində qeyri-rəsmi nikahda yaşadığı kişi ilə mübahisə edən qadın özünü bıçaqlayaraq öldürüb.
Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə şəhərin Puşkin küçəsində baş verib.
Şəhər sakini, 1976-cı il təvəllüdlü Mayisə Mürsəl qızı Ələkbərova evində qeyri-rəsmi nikahda yaşadığı kişi ilə aralarında yaranan narazılığa görə mətbəx bıçağı ilə döş nahiyəsinə bir zərbə endirib. Dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 38 yaşlı qadın orada dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.