Qadın qonaq getdiyi evdən 10 min manat OĞURLADI

Astarada qadın qonaq getdiyi evdən pul və qızıl əşyalar oğurlayıb.

Bu barədə Yenicag.az-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Astara şəhər sakini T.Ağayev polisə müraciət edərək evindən 10 min manat pulun və 1 160 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qohumu, rayonun Ərçivan qəsəbə sakini L.Əliyeva olduğu müəyyən edilib. Oğurlanmış pul və qızıl-zinət əşyaları ondan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

COP29