Qadın sürücü maşını gölə saldı – Video
Qadın sürücünün idarə etdiyi avtomobil Masazır gölünə düşüb
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib, avtomobil Mazasır gölünə düşüb.
Hadisə Masazır-Novxanı yolunda qeydə alınıb. Mazasır qəsəbəsi istiqamətində hərəkətdə olan “Hyundai” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində əks hərəkət zolağına çıxıb. 39 yaşlı Rüxsarə Ələsgərovanın idarə etdiyi “Hyundai” əvvəlcə Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan “Mercedes”ə çırpılıb, daha sonra isə çəpəri sındıraraq “Duzlu göl” kimi tanınan Masazır gölünə düşüb, sürücü isə xəsarət alıb. Xoşbəxtlikdən, maşın göldə batmayıb və hadisə şahidləri yaralı qadın sürücünü avtomobildən çıxara biliblər.
Hadisə yerinə kran gətirilib və qəzadan təxminən 2 saat sonra avtomobil göldən çıxarılıb.
Faktı Abşeron Rayon Polis İdarəsi araşdırır. İlkin məlumata görə, qəzaya “Hyundai”ın yüksək sürətlə hərəkət etməsi və idarəetmənin itirilməsi səbəb olub.