!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadını çılpaq şəkli ilə şantaj edib pul aldı

!Reklam – Yazi

MBAwP98Jigj8Bakı Ağır Cinayətlər dələduzluqda ittiham olunan 1986-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Yaşar Əbdürrəhmanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb

Prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Yaşar Əbdürrəhmanov 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Yaşar Əbdürrəhmanov 2015-ci il fevral ayının əvvəllərində sosial şəbəkədə tanış olduğu Xatirə İbadovanın (ad şərtidir-red.) maddi vəziyyətinin yaxşı olduğunu bilərək onun əmlakını ələ keçirmək qərarına gəlib. O, X.İbadovanın çılpaq şəkillərini yayacağını deyərək onu şantaj edib. Guya polis işçilərinin onu tutacağını və həmin vaxt mobil telefonda olan X.İbadovanın yarıçılpaq vəziyyətdəki şəkillərinn aşkar olunacağını deyərək polislərə pul verəcəyi adı ilə 12 min 350 manat pulunu ələ keçirib.

“Odnoklassnik”dən başlayan tanışlıq və…

Təqsirləndirilən şəxs qismində dindirilən Yaşar Əbdürrəhmanov ifadəsində 2 il əvvəl “odnoklassnik”də “Emin Unibank”profili ilə qeydiyyatdan keçdiyini, 2015-ci ildə həmin şəbəkədə “Ayan” adı ilə qeydiyyatdan keçən bir qızla yazışdığını, qız özü barədə bütün məlumatları, adının Xatirə olmasını, hansı ünvanda yaşadığını ona yazdığını göstərib: “Xatirəyə adımın Emin olduğunu demişdim. Onun harada yaşadığını da bilirdim, özü yazmışdı hər şeyi. Görüşmək istədiyimi deyəndə isə heç zaman evdən bayıra çıxmadığını, bunun mümkün olmadığını bildirdi. Mənsə təkidlə görüşmək istədiyimi dedim.

Bir neçə gündən sonra özü məni yaşadığı evə dəvət etdi. Ailəli idi, aramızda əlaqə yaranmışdı. Maddi imkanının yaxşı olduğunu görəndən sonra ona məxsus əmlakı hissə-hissə ələ keçirmək qərarına gəldim. Yalandan maşınla adam vurduğumu, həmin adamın xəstəxanada olduğunu, bunun üçün 5 min manat pul verməsini xahiş etdim. O da evdə pulu olmadığını, amma qızıl-zinət əşyalarını verə biləcəyini dedi. Onların yaşadığı həyətə gəldim, həmin qızılları Xatirədən alıb Sumqayıtdakı ticarət mərkəzində 1150 manata satdım”.

Şantaj, sonra da qumar…

Təqsirləndirilən şəxs ifadəsində dələduzluq yolu ilə keçirdiyi pulları hamısını “Topaz”da uduzduğunu, bir neçə gündən sonra Xatirəyə işlərinin alınmadığını deyərək yenidən ondan pul istəyib. Qadın bu dəfə 1250 manat verib. Amma Yaşar bununla kifayətlənməyib. Hər dəfə bir bəhanə uyduraraq qadının pullarını ələ keçirməyə müvəffəq olub.

Yaşar Əbdürrəhmanovun ifadəsindən: “Həmin pulu da “Topaz”da uduzdum. Növbəti dəfə Xatirədən işi tam bağlamaq üçün 3 min manat istədim, mənə inanıb 4300 manat verdi, pulları qəpiyinə kimi uduzdum. Növbəti dəfə görüşəndə ondan götürdüyüm qızılları və pulları geri qaytarmaq istədiyimi, amma bankda kredit borcum olduğuna görə pul götürə bilmədiyimi dedim. Bunun üçün 1800 manat lazım olduğunu dedim, razılaşdı, onu da verdi”.

“Şəklimi niyə montaj etdiyini soruşdum”

Zərərçəkmiş şəxs qismində dindirilən 1990-cı il təvəllüdlü Xatirə İbadova ifadəsində həyat yoldaşının ona ad günü münasibətilə mobil telefon aldığını, həmin telefonla “Ayan” adı altında “odnoklassnik”də qeydiyyatdan keçdiyini, sosial şəbəkədə sonradan adını bildiyi Yaşar adlı şəxslə tanış olduğunu, yazışmalarda ona özü barəsində bütün məlumatları ötürdüyünü göstərib: “Mənim mobil nömrəmi aldı, öz nömrəsini də mənə yazdı. Yaşar mənə polisdə işi olduğunu dedi. Bir neçə gündən sonra isə polislərin ondan əl çəkmədiyini, sıxışdırdıqlarını bildirdi.

Səbəbini soruşanda Yaşar mənim profilimdən götürdüyü, baş nahiyəsini çılpaq qadın bədəninə birləşdirdiyi şəkli mənə göndərdi və polislərin həmin montaj olunmuş şəkli aşkar etdiklərini dedi. Ondan niyə şəkli montaj etdiyini soruşanda “ürəyim belə istədi, düzəltdim” dedi. Mənə deyirdi ki, şəklini yoldaşına göstərib səni biabır edəcəyəm”.

Zərərçəkmişin ifadəsinə görə, növbəti dəfə Yaşar ona maşınla adam vurduğunu, xəsarət alan şəxsə xəstəxanada 50 min manat pul xərclədiyini, hazırda istintaqdan yayındığı üçün polislərin onu axtardıqlarını deyib: “Dedi ki, əgər polislər onu tapsalar, həmin çılpaq şəkilləri həyat yoldaşıma göstərəcəklər, bununla da söhbət böyüyəcək. Sonrasa özü zəng vurub “sənin şəklini yoldaşına göstərib biabır edəcəyəm, əxlaqsız qadın olduğunu deyəcəyəm” məzmununda şantaj eləməyə başladı. Ona dedim ki, sənin deməyinə ehtiyac yoxdur, hər şeyi özüm deyəcəyəm.

2015-ci ilin fevral ayında Yaşar həyat yoldaşıma məxsus marketə gedərək ona hər şeyi danışacağını, həmin vaxt eyvanın altında qara rəngli avtomobildə olduğunu dedi. Yaşarın artıq əl çəkmədiyini görüb nə istədiyini soruşdum. O, polislərin 2 min manat pul istədiklərini bildirdi. Nağd pulum olmadığından evdəki qızıl-zinət əşyalarının bir neçəsini ona verdim”.

Qeyd edək ki, bu, Y.Əbdürrəhmanovun ilk dələduzluq əməli deyil. O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.11.2014-cü il tarixli hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 2 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilib və məhkumluğu ödənilməyib(virtualaz).

www.yenicag.az

1764
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv