Qadının Dubay HİKKƏSİ: Biznesmen ərini qətlə yetirdi

media-hightechnic-468x90

Hindistanda qadın onun istəyini yerinə yetirməyən biznesmen ərini amansızlıqla öldürüb.

Yenicag.az xarici mediaya isinadən xəbər verir ki, hadisə Hindistanın Puna şəhərində qeydə alınıb.

Belə ki, qadın onun doğum gününü Dubayda keçirmədiyi və ona istədiyi hədiyyələri almadığına görə əri ilə mübahisə edib.

Bu zaman o, 36 yaşlı biznesmen əri Nihil Hannaya hücum edərək üz nahiyəsinə ağır zərbə endirib. Zərbənin nəticəsində kişinin burnu və dişləri qırılıb.

Ərinin qanaxmadan huşunu itirdiyini görən qadın təcili tibbi yardım çağırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadın hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600