Qadınlara nəyi qadağa etdilər?

media-hightechnic-468x90

jikolNaxçıvan Muxtar Respublikasında dövlət idarələrində çalışan qadınlar uzunqol köynəklərdən istifadə etməlidir.

Muxtar Respublikada tətbiq olunan bu yeni yasaqla bağlı Naxçıvan sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, dövlət idarəsində çalışan qadınlarla yanaşı, digər sektorlarda işləyən xanımlara da bu yasağın tətbiq ediləcəyi söylənilib. Bundan öncə Naxçıvanda müəllim çalışan qadınlara saçlarını boyamaq, kapron corablar geymək, mini ətəkdən və beli açıq – dekolteli paltarlardan istifadə etmək də qadağan olunmuşdu.

Qeyd edək ki, bir müddət öncə Naxçıvanda kişilərə də qısaqol köynək geyinmək qadağan edilib.

Naxçıvan Ali Məclisinin Mətbuat xidmətinin rəhbəri Hüseyn Əsgərov Axar.az-a bildirdi ki, qısamüddətli məzuniyyətdən bu gün qayıtdığı üçün bu barədə məlumatsızdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600