Qafqaz Univeristeti ilə bağlı bu günə kimi yüzlərlə xəbər,araşdırmalar,bir-birindən tutarlı faktlara əsaslanan məlumatlar KİV-də yayımlanıb. Vətəninfo. az-ın elektron ünvanına adının açıqlanmasını istəməyən mənbə Qafqaz Unuveristeti ilə bağlı göndərdiyi məlumatda iddi edilənlər doğrudursa,o zaman bu univeristetin yüzlərlə gənclərin gələcək taleyinə necə bir balda vurduğunu öyrənmiş olacaqsınız. Bir məsələni qeyd edək ki,mənbə baş verənlərin özünün yaşadığını iddia edir .
Qafqaz Universiteti ilə bağlı bu günə qədər onlarla-yüzlərlə ittiham səsləndirilib. Hazırda Türkiyədə Paralel Dövlət Terror Təşkilatı lideri kimi mühakimə edilən Fətullah Gülənin qurdurduğu bu təhsil müəssisəsində gənclərin taleyi ilə oynandığı vurğulanıb. Vətəninfo. az-ın elektron ünvanına adının açıqlanmasını istəməyən mənbə tərəfindən Qafqaz Unuveristeti ilə bağlı göndərdiyi məlumatdakı iddialar doğrudursa, o zaman bu univeristetin yüzlərlə gəncin gələcək taleyinə necə bir zərbə vurduğunu öyrənəcəksiniz.
Adının anonim qalmasını bu günki karyerası üçün gizli qalmasını istəyən mənbə bildirir ki, məhkəmə və ya istənilən dövlət qurumu onun sözlərini araşdırmaq istərsə, həqiqətləri gəlib sənədlərlə sübut etməyə hazırdır.
Vaxtilə Qafqaz Universitetinə daxil olan bu şəxs başına gələnləri belə izah edir:
“Mən Qafqaz Universitetinin 1994-cü il may ayında Bakı şəhərində təşkil etdiyi imtahanda iştirak etdim və əyani şöbəyə ödənişsiz şəkildə qəbul oldum. Mən Qafqaz Universiteti tərəfindən universitetin Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən filialına göndərildim. Mənimlə Qafqaz Universitetində müqavilə bağlandı və bildirildi ki, Dərbənd şəhərində yerləşən filialın hər bir şəraiti olan yataqxanası var. Təhsilinizi bitirdikdən sonra sizə Qafqaz Universitetinin diplomu veriləcək. Mən 1994 -cü il avqust ayında Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Bakı şəhərində təşkil etdiyi imtahandada iştirak etdim və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birinə əyani şöbəsinə ödənişli şəkildə qəbul oldum. Qafqaz Universitetinin filialı ödənişsiz olduğu üçün Dərbəndə getdim.
Qeyd etmək istəyirəm ki, 1994- cü ildə Qafqaz Uiversiteti Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahandan 3 ay əvvəl imtahan təşkil etdi və Dərbənd filialında tədris oktyabr ayında başladı” – qeyd edilən məlumatda daha sonra mənbə iddia edir ki, o, Dərbəndə getdiyində filialın təsisçisi Çağ Öyrətim və Qafqaz Universiteti idi:
“Filialın adı Dərbənd Humanitar İnstitutu. ( Дербентский гуманитарный институт, Derbent Hümaniter Enstitüsü). Təsis olunma tarixi: 01. 04. 1993.
Təsiscilər: ÇAĞ Öyrətim İşlətmələri şirkəti və Qafqaz Universitetidir .
- 01. 1998 -ci il tarixindən başlayaraq Dərbənd Humanitar İnstitutu Beynəlxalq Şərq Universiteti (Международный Восточный Университет, Uluslararası Doğu Üniversitesi ) adlanmağa başladı.
Kadr hazırlığı 5 illik tədris planı əsasında aparılırdı.
Universitetin rektoru Ömər Okumuş.
Sentyabr 1995 – İyun 1999 tarixlərində Dərbənd Humanitar İnstitutunun( Beynəlxalq Şərq Universiteti)rektoru idi
Sentyabr 1999 – İyun 2001 Qafqaz Universitetinin rektoru idi.
Hal hazırda Qafqaz Universitetində işləyir.
Dərbənd Humanitar İnstitutu tədris hissəsi müdiri Natiq Paşayev(Paşa) (oktyabr1993 – avqust 1997 tarixləri arası). Avqust 1997- ci il tarixindən Qafqaz Universitetində işləyir.
Qafqaz Universitetinin saytını açıb personal siyahısına daxil olub hərflərə görə axtarış səhifəsində həriflərə görə axtarış aparsanız orada Ömər Okumuş, Natiq Paşa və Erdal Karamanın CV –lərinə baxın. Onların Qafqaz Universitetinin Dərbənd filialı olan Dərbənd Humanitar İnstitutunda( Beynəlxalq Şərq Universiteti) fəaliyyət göstərmələri qeyd olunub. Dərbəndə qetdim. Qafqaz Universitetində mənə vəd etdiklərinin tam əksini gördüm. ”.
Şikayətçi qeyd edir ki, Dərbəndə getdiyi gündən qara günləri başlayıb: “Dərbənddə Qafqaz Universitetində mənə vəd etdiklərinin tam əksini gördüm.
Qeyd etmək istəyirəm ki, hər ay yataqxana və qidalanmaq üçün tələb olunan məbləğ artırdı. Amma yataqxanada şərait və qidalanmada heç nə dəyişmirdi və bərbad vəziyyətdə sona qədər qalmaqda davam etdi. Bizə bildirirdilər ki, müvəqqəti çətinlikdir . Sözün qısası, hər gün bir bəhanə . İki il yataqxanada qaldıq. Yay tətili bitdikdən sonra yenidən Dərbəndə qayıtdım. Adətən biz tədrisin başlanmasına bir gün qalmış Dərbəndə qəlirdik. Bizi yataqxanaya buraxmadılar. Yataqxananın müdiri bizə bildirdi ki, bu ildən yataqxanada Rusiya vətəndaşları olan qız tələbələr qalacaq.
İnistutda müəllim,yataqxanda müdirdilər
Mənbənin məlumatında qeyd edilir ki, Yataqxana müdirləri vəmüavinləri günortaya qədər İnstitutda günortadan sonra yataqxanada fəaliyyət göstərən müəllimlər idi.
“Ümumiyyətləİnstitutda və yataqxanada fəaliyyət göstərən bütün müəllim heyəti türklər idi. Qeyd etmək istəyirəm ki, bizə yataqxananın Rusiya vətandaşı olan tələbələrin (Dərbənd Humanitar İnstitutunun tələbələri) istifadəsinə veriləcəyi ilə bağlı əvvəlcədən heç bir məlumat verilməmişdir və əvəlcədən heç bir xəbərdarlıq belə olunmamışdır. Yataqxanada heç kim yox idi. Biz bildirdik ki, heç olmasa axşam yataqxanada qalaq səhər tezdən özümüzə kirayə ev tapaq. Bizə yataqxanaya daxil olmağa icazə vermədilər. Biz uzun müddət küçələrdə qaldıq. Yataqxanada uzun müddət boş qaldı. Sonrakı iki il yataqxana Rusiya vətəndaşları olan oğlan tələbələrin istifadəsinə verdilər. Yataqxanada qalan Rusiya vətəndaşları olan tələbələrin bir qismi Dərbənd şəhərinin sakinləri idi. Hətta yataqxananın bir neçə metrliyində yaşayan Dərbənd şəhərinin sakini olan tələbələrin (Dərbənd Humanitar İnstitutunun tələbələri) yataqxanada qalmalarına icazə verilirdi. Tədris ili başlayıb biz isə kirayə ev axtarırıq. Dərbəd şəhəri o dövrdə çox kiçik idi. Şəhərdə fəaliyyət göstərən ali təhsil müəssisələri çox, tələbə sayı isə həddindən artıq çox idi. Sentyabr ayında kirayə ev tapmaq çox çətin idi. Çünki yay fəslində nisbətən ucuz kirayə evlərin hamısı tutulmuşdu. Kirayə evlərin qiyməti həddindən artıq baha idi. Kirayə evlərin az olması və hər il şəhərdə tələbələrin sayının çoxalması kirayə evlərin azalmasına və qiymətlərin yüksəlməsinə səbəb olurdu . Biz hər il ev tapmaq məcburiyətində qalırdıq. Birinci kursda mənim daxil olduğum ixtisas İnstitutun rəhbərliyi tərəfindən ləğv edildi və mənə başqa ixtisasada təhsilimi davam etdirəcəyimi bildirdilər. Bu məsələdə tələblərin fikrini dinləməkdən imtina etdilər”.
Ödənişsiz daxil olsam da yenə də pul aldılar
Mənbə göndərdiyi məluumatda iddia edirki, birinci kursda onlardan pul tələb olunub. O buna etiraz edib və bildirib ki, İnstituta ödənişsiz şəkildə qəbul olunub:
“İnstitutun rektor əvəz edicisi və digərləri rektorun otağında mənə bildirdilər ki, biz bilirik sən ödənişsiz şəkildə qəbul olunmusan. Biz səndən pul tələb etmirik Rusiya dövləti tələb edir. Sən xarici ölkənin vətəndaşı olduğun üçün Rusiya torpaqbasdı vergisi tələb edir. Sən beş il müddətində bir dəfə pul ödəyəcəksən və bu məbləği ödədikdən sonra səndən başqa pul tələb olunmayacaq. Bu il nə qədər imkanın çatırsa o qədər də ödəyə bilərsən. Yerdə qalan məbləği ikinci və üçüncü kurslardada hissə-hissə ödəyə bilərsən. Biz sənin üçün bu şəraiti yaradacağıq. Mən birinci kursda tələb olunan məbləğin bir hissəsini ödəyə bildim. Birinci kursun sonunda imtahanlarımız olacaqdı. Birinci imtahan başlamamışdan bir saat əvvəl elan etdilər ki, kim tələb olunan pulu ödəməyibsə imtahanlara buraxılmayacaq və kursda qalacaq. Mən bu pul məsələsi ilə əlaqədər İnstitutun rektor əvəz edicisi və digərlərinə bildirdim ki, axı biz belə danışmamışdıq. Onlar mənə bildirdilər ki ,bu məbləği indi ödəməsən kursda qalacaqsan. Mən bildirdim ki, mənim imtahanda iştirak etməyimə icazə verin və mən pulu sentyabır ayında ödəyəcəm. Onlar məni imtahana buraxmadılar və məni kursda saxladılar. Mən İnstitutun rəhbərliyinə bildirdim ki, mənim attestatımı və sənədlərimi verin mən bu haqsızlıqdan sonra burada təhsil almaq istəmirəm. Onlar mənim sənədlərimi verməkdən imtina etdilər. İkinci il sentyabır ayında birinci il tələb olunan məbləği tam ödədim və sənədlərimi tələb etdim. Sənədlərimi verməkdən imtina etdilər. Mən beş il İnstitutun rəhbərliyindən sənədlərimi ala bilmədim. Mən ikinci il yenidən birinci kursda təhsilimi davam etməyə məcbur oldum. İkinci il İnstitutun əsl rektoru Ömər Okumuş nəhayət ki gəldi və birinci il bizdən tələb olunan məbləği beş dəfə artdı. Mən buna etiraz etdim və bildirdim ki, axı keçən il mənə İnstitutun rəhbərliyi bildirdi ki ,səndən daha pul tələb olunmayacaq. Rektor Ömər Okumuş mənə bildirdi ki ,səndən heç bir torpaqbasdı vergisi tələb olunmayıb və səndən tələb olunan pul əslində təhsil haqqıdır. Sonrakı illərdədə təhsil haqqı hər il fərqli miqdarda artdı. 1997-ci il yeni il bayramında tətil də olduq və tətildən qayıtdıqdan sonra Dərbənd Humanitar İnstitutunun adının dəyişib Beynəlxalq Şərq Universiteti olduğunu gördük . İnstitutun universitet olması və yaxud adının dəyişməsi təhsildə və tədrisdə heç bir keyfiyyət dəyişikliyinə səbəb olmadı və aşağı səviyyədə qalmaqda davam etdi. Bizim Rusiya sərhəd nəzarət- buraxılış məntəqələrindən keçməklə bağlı problemlərimiz var idi. Çünki bizim Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazəmiz yox idi . Tələbələrin bu tip problemlərini həll etmək İnstitutun rəhbərliyinin səlahiyyətinə aid olan bir vəzifəsi idi. Amma onlar bu problemi həll etmirdilər. Azərbaycana gəlib yenidən Rusiya ərazinə qayıtmaq istədikdə Rusiya sərhəd nəzarət -buraxılış məntəqələrindən keçməkdə problemlərimiz yaranırdı. Nəhayət bu məsələni biz tələbələr özümüz həll etdik. 1999- cu ildə yay tətilinəgetdik. Sentyabr ayındaİnstitutda təhsil alan tələbələr dərsə gələndə institutun qapısı bağlı idi. Rəhbərlik və müəllim heyətindən heç kim yox idi”.
İnstitutda təhsil alan tələbələr dərsə gələndə institutun qapısı bağlı idi
Mənbə qeyd edir ki,institda fəaliyyət göstərən Rusiya vətəndaşı olan katibələr onlara İnstitutun fəaliyətini dayandırdığını və İnstitutun bağlandığını bildiriblər:
“Qeyd etmək istəyirəm ki, tələbələrə institutun fəaliyyətini dayandıracağı və bağlanacağı ilə bağlı əvvəlcədən heç bir məlumat verilməmişdir və əvəlcədən heç bir xəbərdarlıq belə olunmamışdır . Biz tələbələr yay tətilində olduğumuz zaman institutu bağlayıb Rusiya ərazisini tərk edib çıxıb gediblər. Mən sənədlərimi uzun müddətdən sonra çox çətinliklə əldə edə bildim. Mən Qafqaz Universitetinə qəldim bizim İnstitutumuzunrektoru, prorektoru, dekanı vəmüəllimlərin bir hissəsi Qafqaz Universitetində fəaliyyət göstərirdilər. Mən onlara təhsilimi davam etdirmək üçün köçürülmə ilə bağlı müraciət etdim və onlar mənə buməsələ ilə bağlı kömək etməkdən imtina etdilər. Mən Qafqaz Universitetinin rəhbərliyindən Qafqaz Universitetinin filialı olan Dərbənd Humanitar İnstitutunda( Beynəlxalq Şərq Universiteti) beş il oxumağımı təsdiq edən sənədin verilməsini tələb etdim. Belə bir sənəd verməkdən imtina etdilər . İmtinanın səbəbini Qafqaz Universitetinin Dərbənd Humanitar İnstitutundan( Beynəlxalq Şərq Universiteti) bir neçə il bundan əvvəl ayrılması ilə izah etdilər və dəqiq tarixi demədilər. Mən Qafqaz Universitetinin Dərbənd Humanitar İnstitutundan ( Beynəlxalq Şərq Universiteti)ayrılması iləbağılı sənədin surətini və Dərbənd Humanitar İnstitutunun( Beynəlxalq Şərq Universiteti) nizamnamə və lisenziyasının surətini tələb etdim. Bu sənədlərdən başqa Qafqaz Universitetində Qafqaz Universitetinin əməkdaşının 1994- cü ildə mənimlə bağladığı müqavilənin surətini tələb etdim. Onlar bu sənədlərin onlarda olmadıqlarını bildirdilər. Qeyd etmək istəyirəm ki, Qafqaz Universitetindən tələb etdiyim sənədlər Dərbənd filialındada yox idi. Mən Qafqaz Universitetinin nizamnaməsinin və lisenziyasının surətini tələb etdim və rəhbərlik surətləri təqdim etməkdən imtina etdi. 1999 -cu il sentyabır ayından 2014 cü il avqust ayınınəvvəlinə qədər dəfələrlə Qafqaz Universitetinin rəhbərliyinə müraciət etdim. İstər şifahi istərsədə yazılı şəkildə heç bir cavab ala bilmədim . Sadəcə 2012- cil ilin iyun ayında Qafqaz Universitetindən yazılı şəkildə cavab alabildim. Yazılı cavabda mənim 1994- cü il may ayında Qafqaz Universiteti tərəfindən keçirilən qəbul imtahanında iştirak etməyim və qəbul olunmağım əks olunub. Sonda qeyd olunub ki ,1994 -cü il tədris ilinin başından Qafqaz Universitetinin Dərbənd filialı Rusiya Federasiyası Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında Dərbənd Humanitar İnstitutu kimi müstəqil fəaliyyətə başlamışdır. Bu tarixdən etibarən Qafqaz Universiteti ilə heç bir asılılıq münasibəti olmamışdır”.
Saxtakarlıqları üzə çıxdı
Mənbə qeyd edir ki, əvvəllər onun 1994- cü il may ayında Qafqaz Universiteti tərəfindən keçirilən qəbul imtahanında iştirak etməyim və əyani şöbəyə ödənişsiz şəkildə daxil olmağımla bağlı faktım yox idi. Amma indi var.
Fikir verin onlar biz yay tətilində olanda ayrılıblar, biz yay tətilində olanda yataqxananı Rusiya vətəndaşları olan tələbələrin ixtiyarına verdilər, biz qış tətilində olanda İnstitut universitet oldu və adı dəyişdirildi, biz yay tətilində olanda institut fəaliyyətini dayandırdı. Yəni nə baş verdisə biz tələbələr olmayanda baş verdi. Daha bu qədər təsadüf olabilməz. Biz tələbələrin baş verəcək hadisələrdən qabaqcadan heç bir vaxt xəbərimiz olmadı və bizə qabaqcada heç bir məlumat verilmədi və xəbərdarlıq belə olunmadı. Onların 2012 -ci il iyun ayında mənə verdikləri arayışda qeyd etdikləri əslində doğru deyil. Çünki filialın lisenziya alıb fəaliyyət göstərməsi onun müstəqil olması demək deyil. Qafqaz Universitetinin rəhbərliyi bildirir ki, Qafqaz Universiteti və Dərbənd Humanitar İnstitutu ( Beynəlxalq Şərq Universiteti) bir-birindən 1994- cü ilin tədris ilinin başından ayrılıblar. Mən bu cavabın doğru olmadığını faktlarla sübut edə bilərəm.
Filialın adı 1993- cü ildə də və biz ora göndəriləndədə filialın adı Dərbənd Humanitar İnstitutu adlanırdı. Qafqaz Universitetinin fililalı olan Dərbənd Humanitar İnstitutun( Beynəlxalq Şərq Universiteti)fəaliyyəti dövründə qanunvericiliyin tələbləri çox kobud şəkildə pozulub.
Mən dəfələrlə Qafqaz Universitetinin rəhbərliyinə yazılı şəkildə müraciət edib Dərbənd filialının bağlanmasının səbəbini öyrənmək istədim. Onlar isə cavab verməkdən şifahi olaraq imtina etdilər. Mən dəfələrlə Qafqaz Universitetinin rəhbərliyinə yazılı şəkildə müraciət edib tələb etmişəm ki, Qafqaz Universitetinin fililalı olan Dərbənd Humanitar İnstitutunun( Beynəlxalq Şərq Universiteti) Rusiya Federasiyasındakı fəaliyyətinin qanuni olmasını və Qafqaz Universitetinin Dərbənd filialından ayrılmasını rəsmi sənədlərlə sübut etsin. Onlar isə cavab verməkdən şifahi olaraq imtina etdilər. Mənim tələb etdiyim sənədlərin surətləri qanunvericiliyə uyğun olaraq tələbələr tələb etdikləri zaman onlara təqdim olunmalıdır”.
Mənə qarşı dələduzluq faktı baş verib
Mənbə iddia edirk i, 1994-2014- cü illər arasında qarşılaşdığı mənzərələr onu deməyə əsas verir ki, onu aldatdılar və ona qarşı dələduzluq faktı baş verib: “Mən 25. 08. 2014- cü il tarixində Azərbaycan RespublikasıTəhsil Nazirliyinə ərizə ilə müraciət etdim. Ərizə Qafqaz Universiteti ilə bağlı şikayət ərizəsi idi. 25. 08. 2014 cü il tarixindən bu günə qədər (667gün)Azərbaycan RespublikasıTəhsil Nazirliyindən istər yazılı, istərsədə şifahi şəkildə cavab ala bilmədim. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyində dörd nəfər vəzifəli məmurun qəbulunda iştirak etməyimə baxmayaraq istər yazılı, istərsədə şifahi şəkildə cavab ala bilmədim. Mən hələlik Azərbaycan Respublikası Təhsil Nazirliyində qarşılaşdığım mənzərəni ictimailəşdirmək istəmirəm. Düşünürəm ki, aidiyyəti dövlət qurumları bu məqaləni oxuduqdan sonra ciddi araşdırma aparacaqlar. Sonda qeyd etək istəyirəm ki, mənim 1994- cü il may ayında Bakı şəhərində Qafqaz Universiteti tərəfindən keçirilən qəbul imtahanında iştirak etməyim mənim gələcəyimi məhv etdi”.
Redkasiyadan Qafqaz Univeristetinin bu iddalarla bağlı münasibətini də dərc etməyə hazırıq.