Cahid Şahbazova qarşı kütləvi şikayətlər: “Sol gözüm kor oldu” – FOTO/VİDEO

media-hightechnic-468x90

 

 Sosial şəbəkələrdə yayılan videomüraciət cəmiyyətdə böyük rezonans doğurub.

Yenicag.az xəbər verir ki ,özünü Həkim-oftalmoloq Cahid Şahbazovun keçmiş pasiyenti kimi təqdim edən bir qadın, “Caspian Hospital” da aparılan səhv əməliyyat nəticəsində sol gözünü tamamilə itirdiyini, sinir və əzələ iflici səbəbilə uzun müddətdir şiddətli ağrılarla yaşadığını bildirib.

Xanım videoda ağır iddialarla çıxış edərək bildirib ki, əməliyyatdan əvvəl gözündə heç bir ciddi problem olmayıb və üç dəfə keçirilmiş tibbi ekspertiza rəsmi şəkildə həkimin məsuliyyətini təsdiqləyib. Buna baxmayaraq, Səbail Rayon Prokurorluğu bu açıq faktlara baxmayaraq, işi məhkəməyə göndərməyib.

O, videomüraciətində bildirir:

“Sol gözümü Cahid Şahbazov məhv etdi. Ekspertiza onun günahkar olduğunu üç dəfə təsdiqləyib. Amma heç kim cavab vermir. Prokurorluq sübutlara baxmayaraq işi ört-basdır edir. Mənə yardım edin ki, bu məsələ məhkəməyə çıxarılsın”

Xanımın sözlərinə görə, Cahid Şahbazov ona hörmətsiz və məsuliyyətsiz münasibət göstərib. Onun iddiasına əsasən, həkim açıq şəkildə demişdir:

“Siz mənə heç nə edə bilməzsiniz. Mənim çox güclü vəkillərim var.”

Bu sözlər ictimaiyyətdə geniş etiraz doğurub.

media-img_2217

Xanımın paylaşımından sonra sosial şəbəkələrdə yüzlərlə insan eyni həkimdən şikayət etdiyini qeyd edib.  İddialara görə, Cahid Şahbazov bir sıra xəstəyə yanlış diaqnoz qoyub, uğursuz əməliyyatlar həyata keçirib və ciddi fəsadlara yol açıb”

media-img_2215

Şikayətçilər arasında tanınmış stilist Anar Ağakişiyev də yer alır. O da öz paylaşımında həkimin yanlış tibbi müdaxiləsindən zərər gördüyünü açıq şəkildə bildirib.

media-img_2216

Məsimə Məmmədova

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600