Reklam

Reklam

“Azərbaycan Qarabağ problemindən yorulub”.

Yenicag.az xəbər verir ki, bu sözləri bu gün “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi və Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən Bakıda keçirilən “Regionun gələcəyi: geosiyasi çağırışlar və perspektivlər” adlı Beynəlxalq Simpoziumda Rusiyanın tanınmış politoloqu Maksim Şevçenko deyib.

“Rusiyada çox çətin ərəfədir. Bizdə gözlənilməz ssenari əsasında seçkilər keçiriləcək. Başa düşürəm ki, Azərbaycan Qarabağ problemindən yorulub. Amma əminəm ki, yaxın 2 il ərzində Qafqazdakı siyasi vəziyyət dəyişəcək”.

Politoloqun sözlərinə görə, dünya yeni dəyişikliklərin astanasındadır.

“Qarşımızda seçim var: Zaqafqaziyada müharibə, yoxsa münaqişənin sülh yolu ilə həllini istəyirik? Mənim fikrimcə, Moskva, Tehran, Ankara və onların yaxınlaşması bu münaqişələrin həllidir”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2112
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."