Qahirədə Xocalı qurbanları anıldı-Foto

media-hightechnic-468x90

74d7922f1adb9fb010315af9c7e2e23eMisirin Qahirə Universitetinin “İqtisadiyyat və Siyasi elmlər” fakültəsinin yüzə yaxın tələbəsi “Əl-Əzhər” parkında “Xocalıya Ədalət” şüarı altında aksiya keçiriblər.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, misirli tələbələr tərəfindən üzərində “Light a Fire to Fight the Liar” və “Justice for Khojaly” yazısı olan şarları havaya buraxıblar. Daha sonra onlar parkda şamlar yandıraraq, Xocalı şəhidlərinə öz ehtiramlarını nümayiş etdiriblər.
Qahirə sakinlərinə Xocalı soyqırımını əks etdirən flayerlər paylanılıb, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırım barədə məlumat verilib.
Aksiya Misir mediasında geniş işıqlandırılıb.

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600