Qalib gələn boksçulara qızıl medalı İlham Əliyev təqdim etdi
Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 69 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.
Bu çəki dərəcəsində qızıl medalı Azərbaycan idmançısı Pərviz Bağırov qazanıb. O final döyüşündə Rusiya idmançısı Aleksandr Besputin üzərində qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan idmançıları ümumilikdə Avropa Oyunlarında 21 qızıl medal qazanıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 60 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.
Bu çəki dərəcəsində qızıl medalı Azərbaycan idmançısı Albert Səlimov qazanıb. O, həlledici döyüşdə rəqibi fransız Oumiha Sofiana qalib gələrək qızıl medala sahib olub.
Qeyd edək ki, Azərbaycan idmançıları ümumilikdə Avropa Oyunlarında 20 qızıl medal qazanıb.