!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qanlı yanvar” filmi ekranlarda

!Reklam – Yazi

yanvarYanvarın 19-da Nizami Kino Mərkəzində kinorejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi barədə çəkdiyi “Qanlı yanvar” filminin təqdimatı olacaq.

Tarixi əhəmiyyətli “Qanlı Yanvar” filminin əsas süjet xəttində real hadisələr lentə alınıb. Bir neçə baş rol qəhrəmanının timsalında bütöv bir xalqın susadığı müstəqillik ruhu uğrunda mübarizə canlandırılıb.

Filmin çəkilişində beynəlmiləl kollektiv iştirak edir. Belə ki, 20 Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar” filminin çəkilişində dünya şöhrətli amerikalı aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, habelə İrandan dəvət olunmuş tanınmış kinooperator Afşin Əlizadənin başçılıq etdiyi çəkiliş qrupu və yerli azərbaycanlılardan ibarət heyət iştirak edir. Filmdə belə bir beynəlmiləl kollektivin iştirakı sözsüz ki, ekran əsərini Azərbaycan çərçivəsindən çıxarıb, beynəlxalq səviyyəyə qaldırır.

Bədii filmdə Bakının 1990-cı ildə yanvarın 19-dan 20-ə və 20-dən 21-ə keçən gecələri təsvir edilib. Filmdə Azərbaycan inqilabçıları şəhərə girmiş işğalçı qoşunlara qarşı döyüşür, onlardan qisas almaq üçün mübarizə aparırlar.

www.yenicag.az

676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv