!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunun qəbulu ölkədə etirazlar yaratdı – Ümumbəşəri cinayət sayılacaq

!Reklam – Yazi

İtaliya Senatda surroqat analığı ümumbəşəri cinayət hesab edən qanun qəbul edib. Yeni qanunla xaricə gedən və surroqat kimi fəaliyyət göstərən İtaliya vətəndaşları iki ilə qədər həbs və 1 milyon avroya qədər cərimələnə bilər. Tənzimləmə surroqat analığı tamamilə qadağan edən ölkədə bu praktikaya qarşı görülən ən sərt tədbirlərdən biri kimi önə çıxır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, surroqat analıq uzun müddətdir İtaliyada mübahisələrin mərkəzində olub. 1,5 ildən çox müzakirələrdən sonra surroqat analıq ümumbəşəri cinayətlər sırasına daxil edilib. Sağçı koalisiya hökumətinin əsas ortağı olan ifrat sağçı “İtaliya Qardaşları” (FdI) partiyasının hazırladığı qanun layihəsi əvvəlcə Nümayəndələr Palatasında bəyənilib, sonra Senata göndərilib. Təklif Senatda səsvermə ilə rəsmi olaraq qanuna çevrilib.

200 üzvlü Senatda keçirilən səsvermədə əleyhinə 58 səsə qarşı lehinə 84 səslə qəbul edilən qanuna görə, surroqat analıq universal cinayət sayılır. İtaliyada 2004-cü ildən qadağan edilən surroqat analıq bu qanunla yeni bir ölçü qazanıb. İtaliya vətəndaşlarının surroqat analıq üçün xaricə getməsi də qadağan ediləcək və onları ağır cəzalar gözləyir. Müvafiq pozuntulara görə italyanları iki ilə qədər həbs və 1 milyon avroya qədər cərimə gözləyir.

Qanun sağçı hökumətin ailə və ənənəvi dəyərləri qorumaq siyasətinə uyğun hazırlansa da, ölkədə böyük müzakirələrə səbəb olub. Müxalifət solçuları və bəzi insan haqları müdafiəçiləri bu qanunun “orta əsrlər mentalitetinin məhsulu” olduğunu və Konstitusiyaya zidd olduğunu iddia edirlər.

Xüsusilə LGBTİ+ fərdləri və surroqat analıq yolu ilə uşaq sahibi olmağı planlaşdıranlar üçün böyük zərbə olaraq görülən bu qanun İtaliyanın modernləşmə və azadlıqlar rekorduna mənfi təsir göstərə bilər.

Qanunun arxasında duranlar deyirlər ki, bu tənzimləmə ailənin qorunması və surroqat analıq yolu ilə “uşaq alverinin” qarşısının alınması üçün atılan mühüm addımdır.

Bu qanunla ifrat sağçı baş nazir Giorgia Meloninin rəhbərlik etdiyi hökumət İtaliyanın ənənəvi ailə quruluşunu daha da gücləndirməyi hədəfləyir. Ancaq görünən odur ki, qanun qarşıdakı dövrdə İtaliyada və beynəlxalq aləmdə əks-səda verməyə davam edəcək.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

107
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv