“Qarabağ” avrokuboklarda iştiraka görə bu qədər qazanacaq
Futbol klublarının 2024/2025 mövsümündə avrokuboklarında iştiraka görə UEFA-dan alacaqları pul mükafatlarının məbləğləri açıqlanıb.
Yenicag.az “Football Meets Data”ya istinadən xəbər verir ki, “Qarabağ”ın əldə edəcəyi gəlir 12,2 milyon avro göstərilib.
Siyahıda ilk iki pillədə müvafiq olaraq PSJ (Fransa) və “İnter” (İtaliya) yer alıb. Hər iki klub UEFA Çempionlar Liqasının finalından əvvəl 130 milyon avrodan çox qazanc təmin edib.
Üçüncü pillədə isə “Arsenal”a (İngiltərə) yer verilib. Premyer Liqa komandasının 117 milyon avro gəlir əldə edəcəyi gözlənilir.