Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Qarabağ" "Beşiktaş"la qarşılaşacaq - Tarix açıqlandı

Reklam: High Technic

Son Azərbaycan çempionu “Qarabağ” Türkiyənin “Beşiktaş” klubu ilə yoldaşlıq matçı keçirəcək.

Yenicag.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Şenol Günəş Bakıda olan zaman bu barədə tərəflər arasında razılıq əldə olunub.

Matçın qış təlim-məşq toplanışı vaxtı Türkiyədə keçirilməsi planlaşdırılıb.

Bundan başqa “Çelsi” ilə oyundan öncə “Qarabağ”ın bazasına baş çəkən Şenol Günəş Ağdam klubunun doğru yolda olduğunu bildirib: “Futbolu inkişaf etməkdə olan ölkə üçün olduqca əhəmiyyətli uğur qazanmısız. Çempionlar Liqası səbr tələb edir. Biz bu günlərə səbr edərək gəlmişik. Keçən il turun qapısından qayıtdıq. Bit türk olaraq qardaş ölkə Azərbaycan klubunun Çempionlar Liqasının qrupunda oynamasından qürur duyuruq. Əlimizdən gəldiyi qədər “Qarabağ”a kömək etməyə hazırıq. Planlı şəkildə çalışaraq sizin də önəmli yerlərə gələcəyinizdən əminəm”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da görüşdə “Beşiktaş”ın qazandığı uğurlarına görə sevindiklərini bildirib: “Bir müsəlman və qardaş ölkə komandasının Çempionlar Liqasında uğurlu çıxışı bizləri çox sevindirir. Hər kəs sizdən danışır. Həm klub, həm də baş məşqçi olaraq sizdən nümunə götürürük. Sizlərə təşəkkür edirik. “Beşiktaş”ı qardaş komanda seçib, onun yolu ilə gedəcəyik. İnşallah, biz də sizin kimi uğurlu olacağıq”.

www.yenicag.az

6257
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM