!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" "Dinamo"ya məğlub oldu - YENİLƏNDİ

!Reklam – Yazi

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” səfərdə “Dinamo”nun (Zaqreb, Xorvatiya) qonağı olub.

Yenicag.az xəbər verir ki, “Maksimir” stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.

Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.

***

80-ci dəqiqədə Kulenoviç dubl edir – 3:0.

***

75-ci dəqiqədə Kulenoviç “Dinamo”nun ikinci qolunu vurur – 2:0.

***

30-cu dəqiqədə Marko Pyatsanın qolu ilə “Dinamo” hesabı açır.

Matç başladı.

***

Bu gün UEFA Çempionlar Liqasında pley-offun oyunlarına start veriləcək.

Yenicag.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da səfərdə ilk oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Xorvatiyada Zaqreb “Dinamo”su ilə üz-üzə gələcək.

“Maksimir” stadionunda keçiriləcək qarşılama saat 23:00-da start götürəcək.

Qeyd edək ki, cavab oyunu avqustun 28-i Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də baş tutacaq.

Komandaların heyətlərini təqdim edirik:

“Dinamo”: 33. İvan Nevistiç, 9. Bruno Petkoviç, 10. Martin Baturina, 11. Arber Xoca, 13. Sami Mae, 18. Ronael Pyerre-Qabruel, 20. Marko Pyatsa, 22. Stefan Ristovski, 25. Petar Suşiç, 27. Yosip Mişiç, 28. Kevi Teofile-Katerin

Ehtiyat oyunçular: 1. Zagoraç, 23. Filipoviç, 3. Ogivara, 4. Torrente, 6. Bernauer, 8. Kaçavenda, 17. Kulenoviç, 19. Kordoba, 30. Roq, 36. Vrbançiç, 66. Paviç, 77. Şpikiç

“Qarabağ”: 97. Fabiyan Buntiç, 3. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo

Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19. Redon Cica, 22. Musa Qurbanlı.

COP29

www.yenicag.az

1300
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv