!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ həqiqətlərinin Kocaelidə daha geniş təbliği müzakirə edildi

!Reklam – Yazi

Millət vəkili Q.Paşayevanın Kocaelidə Azərbaycan Cümhuriyyəti küçəsi və parkının açılması təklifini bələdiyyə başqanı dəstəkləyib.

Kocaeli bələdiyyə başqanı İbrahim Karaosmanoğlu, millət vəkilləri, Körfez bələdiyyə başqanı İsmail Baran ilə Qarabağ həqiqətlərinin bu vilayətdə daha geniş təbliği müzakirə olunub.Xocalı parkı və abidəsinin açılışında iştirak etmək üçün  Kocaelidə səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva, millət vəkili Sona Əliyeva, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası rəhbəri Bilal Dündar, Bakı şəhər Nəsimi rayin icra başçısının müavini Gülarə Verdiyeva, Azərbaycan qazisi Azər Quluyev, Göyçay şəhər bələdiyyə sədri , Bakı şəhər Nəsimi rayon bələdiyyə sədri Kocaeli bələdiyyə başqanı və millət vəkilləri ilə görüşüblər.

Millət vəkili Q.Paşayevanın Kocaelidə Azərbaycan Cümhuriyyəti küçəsi və parkının açılması təklifini bələdiyyə başqanı dəstəkləyib. Q.Paşayeva Azərbaycan Cumhuriyyətinin 100-cü ildönümü olduğunu da vurğulayaraq bölgənin mərkəzi küçələrindən birinə Azərbaycan adının verilməsini və orada qoyulacaq lövhədə Azərbaycanla bağlı məlumatların əks olunması təklifi ilə çıxış edib.Bələdiyyə başqanı təklifi dəstəkləyib. Millət vəkili Q.Paşayeva  Kocaeli bələdiyyə başqanı ilə görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyiblər.

Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən bələdiyyə başqanı azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkilləri Q.Paşayeva və Sona Əliyeva həmçinin Körfez bələdiyyə başqanı İsmail Baran, bölgənin rəsmi şəxsləri ilə də  görüşüblər.

Onlar Körfez mərkəzində Xocalı parkı və abidəsinin açılmasını həyata keçirən bələdiyyə başqanına təşəkkürlərini bildiriblər və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyiblər. Millət vəkili Q.Paşayeva Xocalı soyqırımı parkı və abidəsinin Körfez bölgəsində açılmasına dəstək olan və özünün yazdığı Xocalı şeiri ilə gənc nəsillərə örnək olan bələdiyyə başqanı İsmail Baranla görüşdə ona dosta və düşmana böyük bir məsaj olan addımı üçün təşəkkür edib. Azərbaycanı çox sevdiyini deyən Körfez bələdiyyə başqanı Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub.

Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Körfez bələdiyyə başqanı İsmail Baran   Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.

Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Körfez bələdiyyə başqanı İsmail Baran  Azərbaycana mütləq səfər edəcəyini bildirib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva, millət vəkili Sona Əliyeva həmçinin Kocaeli millət vəkilləri və valisi ilə də görüşüblər və müzakirələr olub. Söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verilib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə millət vəkili bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Kocaeli, Körfez arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Kocaelidə təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini Millət vəkili Q.Paşayeva həmçinin  Kocaelinin aydınları, QHT və KİV rəhbərləri, qadın və gənclər təşkilatları, burada yaşayan və təhsil alan azərbaycanlılarla da görüşüb və Qarabağ həqiqətlərinin daha geniş yayılması ətrafında müzakirələr olub.

Millət vəkili KİV-lərə geniş müsahibələr verib, onların Azərbaycanıa bağlı suallarını da cavablandırıb.

ə

COP29

www.yenicag.az

1671
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv