Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qarabağ imtahanı – Professor yazır

Gənclik illərində düşüncələrimiz, gözləntilərimiz başqa idi. Elə bilirdrik ki, XXI əsr muasir düşüncəyə istinadən insanların sədd və sərhədsiz yaşam tərzinə nümunə olacaq, sosial rifah və firavanlıq üçün heç bir problem qalmayacaq. Elmin əlçatmaz sahələrində böyük kəşflərə imza atacağıq. Əlbəttə, bütün bunlar arzular idi.

Arzularımızın çin olmasını əngəlləyən, Qərbdə ictimai-siyasi fikiri yönləndirən dairələr yaratdıqları mühitə mənfəət prizmasından baxaraq, əsl gerçəklikləri unutdular. Ötən ilin payızında Qarabağın azadlığı uğrunda gəfil muharibə onların stereotipini dağıdaraq, imtahana çəkdi. Qarabağ imtahanından üzü ağ çıxan Azərbaycan xalqı, onun Ali Baş Komandanı, müzəffər Ordusu tarixi bir zəfərə imza atdı. Qərbdə COVİD-19 hücumundan və daxili problemlərdən başını itirən siyasətçilər bir də gördülər ki, Qafqazda tamam fəqrli situasiya yaranıb, mürəkkəb regionda sabitlik, əmin-amanlıq əldə edilib, Azərbaycan, Türkiyə və Rusiya birgə planlar həyata keçirir.

Bir neçə gün öncə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsi ilə Moskvada gerçəkləşən Azərbaycan, Ermənistan, Rusiya liderlərinin üçtərəfli görüşü bir daha sübut etdi ki, regionda yeni geopolitik mənzərənin şəkillənməsi və kommunikasiya xətlərinin bərpası zamanın tələbidir. Görüşlə bağlı ictimaiyyətə təqdim edilən kadrları izləmək hər bir azərbaycanlı üçün qürurverici idi – masa arxasında Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ imtahanından qalib çıxan bir sərkərdə kimi oturmuşdu. Ermənistanın Baş naziri Nikol Paşinyan isə məğlub tərəfin təmsilçisi kimi pərtliyini gizlədə bilmirdi. Həyat belədir, imtahandan kəsilənlər həmişə qınaq obyekti olur…

ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olsa da, son hadisələrdən sonra idman termini ilə desək, “oyundan kənar vəziyyətə” salınan Fransa özü belə dövlət olaraq Qarabağ imtahanından “geyri-kafi” qiymət aldı. Azərbaycanın qanuni tələbini deyil, işğalçı Ermənistanın mövqeyini müdafiə edən Paris biabırçı duruma düşdü. Nəticədə Rəşadətli Azərbaycan Ordusundan layiqli mesajı aldı – “au revoir”.

Əslində son illər Fransada Jak Şirakdan sonra hakimiyyətə gələnlər macəra və qalmaqallarla yadda qaldığından, biabırçı sonluğun baş verəcəyi gözlənilən idi.

Dünya düzəni pozulub, yeni qaydalar yaranır. Ağıllı görkəm alan bəzi Qərb siyasətçiləri hələ də Şərqə münbit ərazi kimi baxmaqda davam etməkdədirlər. Biz öz qətiyyətli mövqeyimiz, iqtisadi gücümüzlə belələrini ayıltmağa çalışmalıyıq. Onlara anlatmalıyıq ki, təqvimdə XXI əsrin 21-ci ildir.

Zamanla ayaqlaşa bilməyən, köhnə fikirlərində ilişib qalan bəzi ölkələrin rəhbərləri Türkiyənin Avropa Birliyinə yolunu bağlamağa çalışsalar da rəsmi Ankara qətiyyətli mövqeyindən geri çəkilmək fikrində deyil. Bu gün Türkiyə daha da güclənərək, Şərq və Qərb dəhlizində önəmli söz sahibinə çevrilməkdədir.

Azərbaycanda Vətən müharibəsi başlayan gündən Ankara elan etdi ki, Qarabağ probleminin ədalətli şəkildə çözülməsində maraqlıdır və bu məsələdə sona qədər Bakının yanındadır. Türkiyə Cümhuriyyətinin harizmatik başqanı Rəcəb Tayyib Ərdoğan verdiyi sözü kişi kimi tutmağı bacardı və Qərbə həm də bir mənəviyyat dərsi keçdi sanki.

Türkiyənin qüdrətindən narahat olan Qərb təhlükəli ssenarilər cızır, ortaya din faktorunu salmaq istəyir. Lakin bütün bunlar boşuna sərf edilən enerjidir. Azərbaycan və onun dostu Türkiyə gücləndikcə regionda ədalət bərpa olunacaq və bu proses davamlı xarakter alacaq. Avropa və bütün dünya anlamalıdır ki, məğlub, forpost Ermənistana güvənmək siyasi və iqtisadi baxımdan təhlükəlidir. Cəmi 44 gün davam edən müharibədə məğlub olan Ermənistan Azərbaycan-Türkiyə müttəfiqliyi qarşısında sıxılmaqda, qorxu içində yaşamaqdadır. Mədəniyyət paytaxtımız Şuşada bir neçə ay öncə rəqs edənlər bu gün Zəngəzuru, Göyçə mahalını və İrəvanın özünü itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Tarixən özgə torpaqlara göz dikən, hiyləgər, fürsətçi ermənilər indi də siyasətlərini davam etdirir. Azərbaycan Ordusunun “Dəmir yumuruq” əməliyyatının gücünü və nəticələrini görən Ermənistan vətəndaşları Qərbə üz tutaraq sığınacaq axtarışındadırlar. Hələ ki, onları Avropada xoş qarşılayırlar. Amma vaxt gələcək “erməni xəstəliyi” baş qaldıracaq və Avropanın başı ağrayacaq. Çünki ermənilər bir zaman sığınacaq aldıqları ölkələrdən ərazi tələb edəcəklər.

Belə bir dövrdə dünyada yaşayan Azərbaycan diasporunun fəalları öz fəaliyyətlərini daha da gücləndirməli, erməni hiyləgərliyinin əsl simasını yaşadıqları ölkələrə tanıtmalıdırlar. Son zamanlar bu sahədə görülən işlər, atılan addımlar ümidvericidir.

Vətən müharibəsi qüdrətli Qərb mediasını da imtahana çəkdi. Qarabağda savaş gedən günlərdə Azərbaycana qərəzli suallarla silahlanıb gələn jurnalistlər Azərbaycan Prezidenti İlham Əliyevin təcrübəsi, savadı və iti məntiqi qarşısında məğlub duruma düşdülər.

XXI əsrin 21-ci ilinə Zəfərlə və qətiyyətli addımlarla daxil olan qüdrətli, tolerant, multikultural və milli dəyərlərə sadiq Azərbaycan dünyanın obyektivliyini, dürüstlüyünü imtahana çəkir.

İmtahana ciddi hazırlaşın, cənablar!

Professor Çingiz Abdullayev

Loading...

www.yenicag.az

196