Qarabağ-İnter oyunu başa çatdı – Yenilənib – Açıqlama
“Açığı, məğlubiyyətə üzülmədim. Futbolda belə hallar olur”. Bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam təmsilçisi az öncə Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliyada “İnter”lə qarşılaşıb.
0:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Qurbanov məğubiyyətlə bağlı fikirlərini açıqlayıb: “Bəzi epizodlarda çoxlu səhvlərə yol verik. Məğlubiyyətə yox, futbolçuların elədiyi səhvlərə üzlürəm. Əvvəllər hansısa nəticə üçün oynayırdıqsa, bu gün öz oyunumu sərgiləməyə açlışırıq. Nəticə barədə düşünsəydik, ancaq müdafiədə oturardıq. Bir neçə şansımız oldu. Təəssüf ki, bundan yararlana bilmədik”.
Qurbanov daha sonra bildirib ki, daha çox meydanda futbolçuların səhvindən narahatdır: “Bu gün Avropanın adlı-sanlı klubuna qarşı oynadıq. Amma səhvlər imkan vermədi. Futbolçular verilən tapşırıı yerinə yetirsələr, nəticə özü gələcək. İndi rəibin 6 xalı var. Bu gün zirvədə olmağa layiqdi. Qarşıdakı oyunlarda bu gün buraxdığımız səhvlərə yol verməməliyik”. (apasport)
***
Avropa Liqasında II turun oyunları keçirilir. Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da qitənin ikinci dərəcəli klub turnirində növbəti matçını keçirir.
İlk turda dogma azrkeşləri önündə “Sent-Etyen”lə qolsuz bərabərliyə qalan Azərbaycan çempionu qrupda ilk səfər sınağına çıxıb. Qurban Qurbanovun yetirmələri məşhur “Cüzeppe Meattsa” stadionunda İtaliyanın “İnter” klubu ilə qarşılaşır.
Oyunun birinci hissəsindən sonra “İnter” hesabda 1:0 irəlidədir. 18-ci dəqiqədə meydan sahiblərinin heyətində Danilo Dambrosio hesabı açdı.
85-ci dəqiqədə Mauro İcardi hesabı 2:0-a çatdırdı.
Oyunun son 10 dəqiqəsi gedir və Rəşad Sadıqov meydandadır.
Oyun bitdi və hesab dəyişmədi.
İnter (İtaliya) – Qarabağ (Azərbaycan) 1:0
Qol: Danilo Dambrosio, 18.
İnter (İtaliya) – Qarabağ (Azərbaycan) 2:0
Qol: Mauro İcardi, 85.
İnter: 30. Xuan Pablo Karrizo, 5. Xuan Xesus, 6. Marko Andreolli, 9. Mauro İkardi, 13. Fredi Quarin (7. Dani Osvaldo, 63), 17. Zdravko Kuzmanoviç (18. Qari Medel, 59), 88. Hernanes (20. Coel Obi, 72), 23 Andrea Ranoççia (k), 33. Danilo Dambrosio, 55. Yuto Naqatomo, 90. Yann Mvila.
Ehtiyat oyunçular: 1. Samir Handanoviç, 8. Rodriqo Palasio, 15. Nemanya Vidiç, 25. İbrahima Mbaye.
Baş məşqçi: Valter Matsari.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 7. Namiq Yusifov (k) (17. Vüqar Nadirov, 55), 9. Reynaldo Silva, 10. Muarem Muarem, 18. İlqar Qurbanov (14. Rəşad Sadıqov, 68), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Leroy Corc (77. Cavid Tağıyev, 62), 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 33. Şəhriyar Əliyev, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Aleksey Kulbakov, Dmitri Juk, Andrey Getsikov, Oleq Maslianka (belarus).
Əlavə hakim köməkçiləri: Sergey Tsinkeviç, Dzianis Şerbakov (Belarus).
UEFA nümayəndəsi: Joze Gilyerme Agiar (Portuqaliya).
Hakim-inspektor: Frank De Bleekere (Belçika).
Milan. “Cüzeppe Meatsa” stadionu.