"Qarabağ" israilli futbolçu transfer edir? - Klubdan açıqlama

media-hightechnic-468x90

Son Azərbaycan çempionu “Qarabağ” heyətini israilli futbolçu ilə gücləndirə bilər.

Yenicag.az xəbər verir ki, söhbət Hayfa “Hapoel”inin üzvü Nisso Kapilotodan gedir.

Bu iddia ilə İsrail mətbuatı çıxış edib.

Lakin saytımıza açıqlama verən Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumatı təkzib edib. O, bu futbolçunun adını ilk dəfə eşitdiyini bildirib.

Qeyd edək ki, 29 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində “Makkabi” (Təl-Əviv), “Hapoel” (Akko), “Aşdod”, “Beytar”, “Alki” (Kipr) və “Sent-Qallen” (İsveçrə) klublarında çıxış edib.

Emin Səfərov

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600