“Qarabağ” “Kəpəz”i 7-1 hesabı ilə məğlub etdi

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, günün ilk matçında “Qarabağ” “Kəpəz”i qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Köhlən atlar”ın qollarını 2, 15 və 43-cü dəqiqələrdə Yassin Benzia, 13-cü və 51-ci dəqiqədə Leandro Andrade, 37-ci dəqiqədə Olavio Juninyo, 63-cü dəqiqədə Nəriman Axundzadə vurub. Qonaqların heyətində isə 18-ci dəqiqədə Adama Niane fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran “Qarabağ” liderliyə yüksəlib. “Kəpəz” 6 xalla sonuncudur.

Qeyd edək ki, günün digər görüşündə “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Qəbələ” – “Neftçi” və “Sabah” – “Zirə” oyunları isə noyabrın 5-də gerçəkləşəcək.

Ötən gün “Səbail” evdə “Turan Tovuz”u 2:1 hesabı ilə üstələyib./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05