“Qarabağ” Kiyev “Dinamo”suna uduzdu

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” bu gün hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Ağdam klubunun rəqibi Kiyev “Dinamo”su (Ukrayna) olub. Qarşılaşma Qurban Qurbanovun komandasının məğlubiyyəti ilə başa çatıb. Ukrayna təmsilçisi ilk yarıda vurduğu qol sayəsində qalib gəlib.

“Qarabağ” oyuna bu heyətlə çıxıb: 12. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 52. Yakub Jezniçak, 5. Maksim Medvedev, 77. Donald Gerrye, 2. Qara Qarayev, 91. Coşqun Diniyev, 19. Filip Ozobiç, 10. Dani Kintana, 17. Abdullah Zubir, 11. Mahir Mədətov.

Xatırladaq ki, “Qarabağ” daha öncə Bolqarıstanın “Ludoqorets” (1:1), Avstriyanın “Vakker İnsbruk” (0:0) klubları, eləcə də Suriya millisi (0:1) ilə yoxlama oyunları keçirmişdi.

Loading...