“Qarabağ”-“Olimpiakos” oyununa satılan biletlərin sayı açıqlandı

media-hightechnic-468x90

Bakıda “Qarabağ” və Yunanıstan “Olimpiakos”u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün cəmi 2 000 bilet qalıb.

media-banner_tkm

Ağdam klubundan Yenicag.az-a verilən məlumata görə, indiyədək satışa çıxarılmış 29 000 biletin hamısı satılıb. Son 2 000 bilet isə oktyabrın 12-dən satışda olacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29 və 38-ci sektorlar üçün nəzərdə tutulmuş biletləri yalnız kassalardan almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05