“Qarabağ” – “Qəbələ” oyunu koronavirus səbəbindən təxirə salındı

media-hightechnic-468x90

Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu təxirə salınıb.

Yenicag.az xəbər verir ki, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.

“Qarabağ”ın heyətində 7 futbolçuda koronavirus testinin nəticəsi pozitiv olduğu üçün sabah keçirilməli olan görüş baş tutmayacaq. Beləliklə, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınıb. Bunadək digər üç matç – “Zirə” – “Sumqayıt”, “Neftçi” – “Sabah” və “Keşlə” – “Səbail” qarşılaşmaları da təxirə düşmüşdü.

Turun keçiriləcəyi tarixi Peşəkar Futbol Liqası müəyyənləşdirəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05