“Qarabağ” qış hazırlığına start verdi

media-hightechnic-468x90

“Qarabağ” klubu 2025/2026 mövsümünün ikinci hissəsinin hazırlığına bu gün start verib.

Yenicag.az xəbər verir ki, “Azərsun Arena”dakı təlim-məşq bazasında bir araya gələn komanda 2026-cı ilin ilk məşqini keçib.

Komandanın hazırlıq planının ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində keçiriləcək. Toplanış çərçivəsində “Qarabağ” iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi nəzərdə tutulur. Rəqib komandaların adları hələ müəyyənləşməyib.

Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa