Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Qarabağ” səfərdə “Sabah”a qalib gəlib

Reklam: High Technic

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Yenicag.az saytının məlumatına görə, turun son günündə bir oyun keçirilib.

Günün yeganə qarşılaşması “Bank Respublika Arena”da baş tutub. Turnir cədvəlinin ikinci yarısında qərarlaşan “Sabah” öz meydanında son çempion “Qarabağ”ı qəbul edib.

Yarışın lideri paytaxt klubunun müqavimətini qırmaqda çətinliklə üzləşib. Qurban Qurbanovun yetirmələri yalnız qarşılaşmanın sonlarında qələbə qoluna imza atmağa nail olub. “Qarabağ” bu qələbə ilə ən yaxın izləyiciləri ilə xal fərqini 8-ə çatdırıb. Xorvatiyalı baş məşqçisi Zelko Sopiçin debütü uğursuz alınan “Sabah” isə 5-ci pilləyə yüksəlmək şansını qaçırıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Zirə”ni 3:0, “Keşlə” “Sumqayıt”ı 2:1 hesabı ilə yenib, “Səbail” – “Neftçi” qarşılaşmasında qol vurulmayıb.

Azərbaycan Premyer Liqası
XIII tur

2 dekabr (bazar ertəsi)
“Sabah” – “Qarabağ” – 0:1

Qol: Zubir, 74
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev

“Sabah”: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 77. Cavid Tağıyev, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 38. Arsen Ağcabəyov
Baş məşqçi: Zelko Sopiç
“Qarabağ”: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 10. Dani Kintana, 17. Abdullah Zubir, 9. Xayme Romero, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 3. Ailton Silva, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı
Baş məşqçi: Qurban QurbanovBank Respublika Arena”, 20:00

www.yenicag.az

129
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM