“Qarabağ” “Şkendiya”nı darmadağın etdi - VİDEO / YENİLƏNDİ
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) qalib gələn “Qarabağ” növbəti pley-off-a adlayıb.
Yenicag.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə bitib.
Görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba adını tabloya yazdırıb. 5 dəqiqə sonra rəqibin heyətində Klisman Sake avtoqol müəllifi olmaqla hesaba tarazlıq gətirib. Daha sonra müvafiq olaraq fərqlənən Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35), Leandro Andrade (59) “Qarabağ”ın 5:1 hesablı qələbəsində pay sahibi olublar.
Qeyd edək ki, Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şkendiya”nı mübarizədən kənarlaşdıran “Qarabağ” adını pley-off mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinə gedən yolda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.
Bununla da “Qarabağ” ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakını təmin edib./Report/
***
“Qarabağ” 59-cu dəqiqədə 5-ci qolu vurur. Bu dəfə Leandro Andrade fərqlənir.
***
35-ci dəqiqədə Marko Yankoviç penaltidən hesabı 4:1 edir.
***
33-cü dəqiqədə Nəriman Axundzadə hesabı 3:1 edir.
***
“Qarabağ” 18-ci dəqiqədə hesabı 2:1 edir. Kadi Borges adını tabloya yazdırır.
***
16-cı dəqiqədə “Qarabağ” hesabı bərabərləşdirir. Avtoqol qeydə alınır – 1:1.
***
10-cu dəqiqədə “Şkendiya” hesabı açır. Tamba fərqlənir – 0:1.
***20:00
“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyununu keçirir.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu ÇL-in 3-cü təsnifat mərhələsinin cavab görüşündə Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşır.