Ərdoğan Zelenski ilə danışdı

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti arasında telefon danışığı baş tutub.

Yenicag.az xəbər verir ki, söhbətdə Türkiyə–Ukrayna ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan İstanbulda keçirilən Ukrayna–Rusiya birbaşa danışıqlarında irəliləyiş əldə edilməsini dəyərləndirdiyini bildirib. O, növbəti mərhələlərdə atəşkəsə dair mənalı nəticələrin əldə olunmasının qalıcı sülhə aparan yolda mühüm addım olacağı ümidini ifadə edib.

Ərdoğan Türkiyənin liderlər səviyyəsində zirvəyə ev sahibliyi etməyə hazır olduğunu, hərbi, humanitar və siyasi sahələrdə işçi qruplarının yaradılmasının bu zirvəyə yol aça biləcəyini qeyd edib. O, həmçinin Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini davam etdirəcəyini vurğulayıb.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa