Baş məşqçini təhqir edən hakim cəzalandı
İngiltərə Futbol Assosiasiyası “Liverpul” klubunun sabiq baş məşqçisi Yurgen Kloppu təhqir edən baş hakim Devid Kutu cəzalandırıb.
Yenicag.az xəbər verir ki, 8 həftəlik cəzalanan referidən həmçinin şəxsi təhsil proqramını tamamlamaq tələb olunacaq.
Xatırladaq ki, Devid Kutun ötən il sosial şəbəkədə Kloppu axmaq və təkəbbürlü adlandırdığı video yayılmışdı. Bu səbəbdən o, UEFA və İngiltərə Hakimlər Assosiasiyası tərəfindən cəzaya məruz qalmışdı.