Avstraliya Azərbaycan-Ermənistan sülh razılaşmasının paraflanmasını müsbət qarşılayıb

media-hightechnic-468x90

Avstraliya Azərbaycan-Ermənistan sülh razılaşmasının paraflanmasını müsbət qarşılayıb

Avstraliya hökuməti 8 avqust 2025-ci ildə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşmasını müsbət qarşılayıb.

APA-nın xəbərinə görə, bəyanatda qeyd olunub ki, bu addım Cənubi Qafqazda uzunmüddətli münaqişənin həllinə doğru mühüm və ümidverici mərhələdir.

Avstraliya bu müsbət irəliləyişin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın rolunu yüksək qiymətləndirib.

Avstraliya tərəfləri öhdəliklərinə sadiq qalmağa və ən qısa zamanda hərtərəfli sülh sazişini imzalamağa çağırıb.

Avstraliya həm Ermənistanın, həm də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib və ədalətli, davamlı sülhün təmin olunması üçün dialoqun davam etdirilməsini təşviq edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa