5 min il əvvəl Avropa əhalisini qıran vəbanın mənşəyi ilə bağlı YENİ ARAŞDIRMA

media-hightechnic-468x90

Tunc dövründə Avrasiya boyunca yayılan vəba xəstəliyinin yayılmasında qoyunlar mühüm rol oynamış ola bilər.

Yenicag.az xəbər verir ki, heyvan mənşəli patogenlərin insanlara keçməsi tarix boyu böyük fəlakətlərə səbəb olub.

Ən ölümcül zoonoz xəstəliklərdən biri olan vəba da siçanlar üzərindəki bit və gənələr vasitəsilə insanlara keçərək milyonlarla şəxsin ölümünə gətirib çıxarıb.

Harvard Universitetinin də qatıldığı beynəlxalq tədqiqat qrupu Rusiyada Arkaim arxeoloji qazıntı sahəsində 4 min illik qoyun sümüklərini və dişlərini araşdırıb. Nəticədə həmin dövrdə insanlara yoluxduğu bilinən “Yersinia pestis” növü müəyyən edilib.

Genetik analizlər göstərib ki, qoyundan götürülən patogen nümunəsi eyni dövrdə yaxın ərazidə yaşamış bir insanda aşkarlanan patogenlə, demək olar ki, eynidir. Bu da xəstəliyin ya çöl heyvanından qoyuna, oradan insana, ya da əksinə keçdiyini ehtimal etməyə əsas verir.

Mütəxəssislər qeyd edirlər ki, həmin dövrdə vəba bit vasitəsilə yayılma qabiliyyətinə malik olmayıb və ehtimal ki, başqa bir mənbədən yayılıb.

Alimlər bu mənbəni tapmaq və xəstəliyin necə qısa zamanda geniş əraziyə yayıldığını anlamaq üçün araşdırmalarını davam etdirirlər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa