Tramp Vaşinqtondakı görüşdən video paylaşdı

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Azərbaycan və Ermənistan liderləri ilə Ağ Evdəki görüşünün görüntülərini əks etdirən video yayımlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, videoda liderlərin çıxışlarından parçalar yer alıb.

“Ermənistan və Azərbaycan arasında həqiqətən tarixi sülh sammiti üçün hər kəsi Ağ Evdə salamlamaq mənim üçün şərəfdir”, – Tramp bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Trampa nizamlanmaya verdiyi töhfəyə görə təşəkkür edib, onun Qafqaza sülh gətirdiyini vurğulayıb.

“Buna görə minnətdarıq. Qarşıdurma, konfrontasiya və qan tökülməsi ilə bağlı səhifəni çevirəcəyik”, – o deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, bu böyük nailiyyət Trampın qlobal lider olmasına, dünya miqyasında dövlət xadimi və sülhməramlı kimi irsinə daha bir sübutdur./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05