“Qarabağ” tarixi rekordunu təkrarladı

media-hightechnic-468x90

“Qarabağ” mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb.

Yenicag.az xəbər verir ki, komanda Misli Premyer Liqasının 2024/2025 mövsümündə 28-ci qələbəsini qazanıb.

Qurban Qurbanovun yetirmələri sonuncu – XXXVI turda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib.

Səfərdəki üç xal Ağdam klubunun cari çempionatda 28-ci qələbəsi olub. 12 qat ölkə çempionu iki il əvvəl – 2022/2023 mövsümündə də 28 qələbə əldə edib.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. “Neftçi” 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600