“Qarabağ” Yankoviçlə müqaviləni yenilədi

“Qarabağ” legioneri Marko Yankoviçlə müqaviləni yeniləyib. 

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi ilə 28 yaşlı yarımmüdafiəçi arasında anlaşma iki il müddətinə uzadılıb.

Monteneqrolu futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 2022-ci ilin yayından “Qarabağ”da çıxış edən Yankoviç  keçirdiyi 53 oyunda 3 qol vurub.