!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ Zəfər gecəsi” kikboksinq turniri keçirildi - FOTO / VİDEO

!Reklam – Yazi

Bakıda möhtəşəm “Qarabağ Zəfər gecəsi” kikboksinq turniri keçirilib.

Yenicag.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən turnir Kürşat Şahinin rəhbəri olduğu “Loca” döyüş klubunun təşkilatçılığı ilə baş tutub.

Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılmasından sonra başlayan açılış mərasimində çıxış edən Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri, Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev bildirib ki, xalqımıza, ölkəmizə yalnız qələbə, zəfər yaraşır.

“Bu siyasət yaşadıqca, davam etdirildikcə Azərbaycanı qarşıda daha böyük zəfərlər, qələbələr gözləyir. Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə bütün sahələr kimi, idman da sürətlə inkişaf edir. Ölkəmizdə mötəbər idman yarışlarının yüksək səviyyədə keçirilməsi, həmçinin idmançılarımızın beynəlxalq arenalarda uğurlu nəticələr əldə etməsi Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edir, – deyə Adil Əliyev vurğulayıb.

Milli Məclis sədrinin müavini Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini də diqqətə çatdırıb.
Daha sonra yarışa start verilib. Yarışda Azərbaycan millisindən qatılan idmançılar Bəhram Rəcəbzadə, Nehir Rəcəbzadə, Qəşəm Məmmədov, Elşad Şahbazov, türklərdən isə Adəm Bozkurt, Zəhra Doğan, Qalib Çəlik və Əli Kelat döyüşüblər.

Qeyd edək ki, gecəyə xüsusi dəvətli araq Türkiyənin məşhur aktyoru Burak Özçivit də qatılıb.

www.yenicag.az

216
Ads
www.veteninfo.com
!Reklam – Arxiv