“Qarabağ” “Zirə”yə yeddi qol vurdu – YENİLƏNDİ

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, turun son görüşündə “Qarabağ” komandası “Zirə”nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da rəqiblərindən bir oyun az keçirən “Qarabağ” xallarının sayını 18-ə yüksəldib və “Neftçi”yə çatıb. “Zirə” isə 10 xalla 6-cı sırada qərarlaşıb.

***

10:00

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk matçda “Kəpəz” Qəbələdə “Şamaxı”nı qəbul edəcək.

Günün və turun sonuncu görüşündə “Qarabağ” “Zirə”nin qonağı olacaq

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05