“Qarabağ”da daha bir ağır itki

media-hightechnic-468x90

UEFA Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən “Qarabağ” daha bir itki ilə üzləşib.

Yenicag.az xəbər verir ki, “köhlən atlar”dan Julio Romao Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında forma geyinməyəcək.

Futbolçu Zaqreb “Dinamo”su ilə Xorvatiyadakı görüşdə sarı vərəqə aldığına görə cəzalı duruma düşüb. Bu, braziliyalının mövsümdə 3-cü xəbərdarlığı olub. Bu səbəbdən də Romao “Dinamo” ilə avqustun 28-də Bakıda keçiriləcək görüşdə forma geyinməyəcək.

Xatırladaq ki, “Qarabağ” səfərdə 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, “Qarabağ”ın heyətində daha öncə iki futbolçusu Marko Yankoviç və Veşoviç zədə səbəbindən komandaya “Dinamo Zaqreb”lə görüşdə kömək edə bilməmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600