Qarabağda müharibə başlaya bilər

media-hightechnic-468x90

62848Dağlıq Qarabağda “təsadüfi müharibə”nin başlanması ehtimalı hər an qalır.

Yenicag.az anspress-ə istinadən bildirir ki, bunu “Jamanak” qəzetinə açıqlamasında Qarabağ üzrə amerikalı ekspert Sabina Freyzer bildirib.

S.Freyzer ermənilərin illər keçdikcə Dağlıq Qarabağ ətrafı ərazini daha çox güzəştə getmək istəmədiklərini deyib.

O, Dağlıq Qarabağ münaqişə həll edilməsi yolunda danışıqların 2011-ci il Kazan danışıqlarından sonra dalana dirəndiyini də deyib.

Qeyd edək ki, S.Freyzer buna qədərki son çıxışlarının birində Krım hadisələri və Ukraynadakı mövcud vəziyyətin Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə tənzimlənməsinin vacibliyini önə çəkdiyini demişdi:

“Azərbaycanın ərazisinin böyük hissəsi işğal edilib. Avropada ən çox qaçqın və məcburi köçkünlər Azərbaycanın payına düşür. Onların çoxu Qarabağın ətrafında olan və işğal edilən rayonlardan gəliblər. Ermənistan əslində blokadadadır. Münaqişənin həll edilməməsi regionun inkişafına mənfi təsir göstərir. Tiflis və Vaşinqtonda azərbaycanlılar və ermənilər bir yerə toplaşırlar, ümumi münaqişələrin həlli yollarını müzakirə edirlər. Münaqişənin həllində əsas prinsiplərə əməl edilməlidir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600