!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi də bu planın tərkib hissəsidir" - RƏY

!Reklam – Yazi

“Ukrayna NATO-ya nə qədər açıq aydın meyilli olacaqsa, hərbi baxımdan da gərginlik o qədər artacaq. Gürcüstanla bağlı məsələlər də eyni şəkildə inkişaf edəcək”.

Bu fikirləri ABŞ-nin Rusiyanın Ukrayna və Gürcüstanın NATO-ya üzv olunmamasına dair təklifini rədd etdikdən sonra Ukraynada proseslərin hansı həddə gələ biləcəyini, Rusiyanın Gürcüstana qarşı hansı addımlar ata biləcəyini şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında səsləndirib.

Şair Ramaldanov bildirib ki, geosiyasi məkanda Rusiya və NATO qarşıdurmasını müşahidə edirik və bu artıq təhlükəli vəziyyətə gəlib çıxıb:

“Rusiya ilə NATO arasında Cenevrə görüşü baş tutdu. Düzdür, görüşdə gözlənilən kimi hansısa sənəd imzalanmadı, ancaq ola bilsin, hansısa şifahi anlama prosesi baş verib və buna görə də gərginliyin əks istiqamətdə inkişaf etməsini görə bilərik. Rusiya və NATO arasında gərginliyin səbəbinə gəldikdə bildirim ki, SSRİ dağılanda NATO öhdəçilik götürmüşdü ki, şərqə doğru irəliləməyəcəklər. Proseslər getdikcə geosiyasi arenada müəyyən maraqların toqquşması hazırkı vəziyyətə gətirib çıxardı”.

Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünə gəldikdə isə hərbi ekspert bunları deyib:

“Gürcüstanın NATO-ya üzvlüyü barəsində neçə illərdir söhbətlər gedir. Ancaq hələ də NATO-ya üzv ola bilmir. Ukrayna da NATO-ya üzv olmaq üçün müəyyən fikirlər səsləndirir. Yaxın illərdə bunun baş verəcəyi gözlənilmir. Düşünürəm ki, NATO Rusiya kimi bir dövlətlə müharibəyə girsin. Çünki Rusiyanın müttəfiqləri dövriyyəyə girəcək. Burada Çin, Hindistan, Pakistan variantı var. Böyük dövlətlərin müəyyən bir şəkildə iki lagerə bölündüyü hiss olunur. Ola bilər ki, adı gedən dövlətlərlə Rusiyanın bir ittifaqı yaransın. Bu, təbii ki, NATO ilə Rusiya arasındakı gərginliyin artmasına görə baş verəcək.

Rusiya postsovet ölkələrinə təzyiq mexanizmini işə salmasını gizlətmir. Keçmiş SSRİ-nin bərpası ilə bağlı fikirlər səslənir, mətbuatda xəritələr dərc olunur. Bu elə-belə deyil, bu Rusiyanın gələcəkdə siyasi inkişafının hansı yöndə gedəcəyindən xəbər verir. Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi də bu planın tərkib hissəsidir. Rusiyanın belə bir vərdişi var, gəldikləri yerdən geri qayıtmaq istəmirlər. Düşünürəm ki, gərginlik bundan sonra davam edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

645
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv