!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda separatçılığı körükləyən Rusiya: "Qafqazdakı varlığını saxlamaq üçün..." - ŞƏRH

!Reklam – Yazi

“Qarabağa hər kəsin kefi istəyəndə gəlmək ixtiyarı yoxdur”.

Bu sözləri ermənilərin hümanitar yardımla Azərbaycana təzyiqi və bundan çıxış yolu dəyərləndirən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, Rusiya Azərbaycanın xeyrinə heç bir addım atmır:

“Rusiya Azərbaycanın nəfinə hansısa jestlərin etməsini düşünəcək əsaslar yoxdur. Erməni diasporu və daxildəki qüvvələr Fransa başda olmaqla Avropa İttifaqından olan nümayəndələrin diqqətini Qarabağa yönəltmək istəyirlər. Onlar göstərmək istəyir ki, Qarabağda yaşayan ermənilər blokadadır, Azərbaycan guya onları sıxır.

Azərbaycan haqlı tərəfdir. Azərbaycan suveren dövlətdir və onun ərazi bütövlüyünü hamı tanıyır. Ermənistanın baş naziri də tanıyır. Qarabağa hər kəsin kefi istəyəndə gəlmək ixtiyarı yoxdur. Beynəlxalq hüquqda da belə bir anlayış yoxdur. Separatçılar ətrafında halqa daralır. Rusiya Qafqazdakı varlığını saxlamaq üçün etnik separatçılığı körükləyir. Rusiyanın zəiflədiyi fonda İran və Fransa Azərbaycanın əl-ayaq açmasına imkan vermək istəmir.

Hazırda psixoloji, informasiya müharibəsi gedir. Hansı tərəf diplomatik səviyyədə, beynəlxalq qurumlarla çevik işləyəcəksə, həmin tərəf də mənfəət əldə edəcək. Azərbaycan israrlılığını düz etsə, məsələ Bakının xeyrinə dəyişəcək”.

Səxavət Məmməd

www.yenicag.az

570
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv