!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağdan ancaq bu şəxslər qaçır - Şirinyan

!Reklam – Yazi

Erməni bloger Karen Şirinyan Azərbaycanın Qarabağ bölgəsindən “hərbi xidmət”ə yararlı olan kişilərin kütləvi şəkildə qaçmasına münasibət bildirib.

Yenicag.az xəbər verir ki, o, bu barədə Facebook səhifəsində yazıb.

“Qurumlara xüsusi xəbərdarlıq edirəm. Hörmətli “prokurorluq”, “polis” və “təhlükssizlik xidməti”, necə olur ki, qadınlar, uşaqlar, qocalar Qarabağı tərk edə bilmirlər, amma bu “postda duranlara” (kişilərə – red.) çıxış imkanı verilir? İndi keçid məntəqəsindən kim keçirsə, türklər şəkillərini çəkib dərc edirlər. Heç deməyin ki, onlar (Qarabağdan gedənlər – red.) impotentdirlər, müalicəyə gedirlər, ya da hemoroid olublar?

Mən buna qarşı deyiləm, qoy getsinlər, amma necə olur ki, hamı gedə bilmir? Əgər sualıma ciddi cavab verilməsə, heç bir qurumdan əl çəkməyəcəyəm. Bəsdirin, ağzımı açdırmayın! Müharibə vaxtı da belə qoyunlar arvadlarının ətəyinin altında gizlənib, qaçıblar, İrəvanda əyləniblər. Mən danışacağam, utanmıram. Onlar bu 18 yaşlı əsgərləri tək qoyub qaçdılar və müharibədən sonra medallar aldılar”, – Şirinyan qeyd edib.

 

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv