Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Qarabağ"ın gücü bəllidir" - Yeni transfer

Reklam: Sinerji Pro

“Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm. Təklif gələndə təəccüblənmədim. “Qarabağ” “Rusenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdı”.

Yenicag.az xəbər verir ki, bunu icarə əsasında Yunanıstan “Olimpiakos”undan “Qarabağ”a keçən Norveç yığmasının futbolçusu Tarik Elyunussi deyib.

29 yaşlı yarımmüdafiəçi bildirib ki, Ağdam təmsilçisinin Çempionlar Liqasının (ÇL) qrup mərhələsində uğurla çıxış etməsi üçün əlindən gələni edəcək. O, komandadakı rəqabətin və keyfiyyətin artmasına kömək edəcəyini söyləyib:

“Qarabağ”ın gücü bəllidir, bu mövsüm Azərbaycan futbol tarixində ilk dəfə ÇL-in qrupunda mübarizə aparacaq. Güclü qrupda yer almışıq. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ı layiqincə təmsil edək. Buna da inanıram. Komandanın son günlərdə hücumameylli futbolçular transfer etdiyini bilirəm. Bu rəqabət komandanın xeyrinə olacaq, keyfiyyətin artmasına kömək edəcək. Mən də “Qarabağ”ın uğur qazanmasını üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”

www.yenicag.az

2644
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM